Amma üstünlükləri olduğu kimi, müəyyən çatışmazlıqlar da müşahidə edilir. Belə ki, bu zaman aşağıdakı risklər də var:
• Buzov doğuşdan sonra zəif olduqda yetəri qədər ağız südü içirdiyinizi müəyyən etmək mümkün olmur;
• İnək hirsli və ya stressli olduğunda buzova süd içməyə imkan verməyə bilər;
• Buzovun müxtəlif xəstəliklərə yoluxmaq riski mövcud olur.
Xüsusi süd qablarında ağız südünün verilməsinin üstünlüyü verilən südün miqdarına nəzarət etmək imkanının olmasıdır. Süd müəyyən temperatura qədər isidilməli və buzova içirilməlidir.
Bu zaman bir qabı digər buzova verməzdən öncə onun əmzik hissəsini yuyub dezinfeksiya etmək lazımdır. Bu üsul buzovun süd əmmək qabiliyyətinin yüksəldilməsinə də kömək edir. Sonrakı dövrlərdə südü süd vedrəsindən içmək üçün əmmək qabiliyyəti formalaşır.