Brix göstəricisi, % |
İmmunoqlobulin, lgG g/l |
Ağız südü keyfiyyəti |
13 – 19 | 25-dən az | Aşağı keyfiyyət |
20 - 21 | 25- 49 | Qəbul edilən |
22 yuxarı | 50-dən yuxarı | Yaxşı və əla |
Ağız südünün keyfiyyəti təyin edildikdən sonra o, buzova verilə bilər. Aşağı keyfiyyətli ağız südünü əvəz etmək üçün yaxşı keyfiyyətli ağız südü verən və miqdarı çox olan inəklərin ağız südündən seçib dərin dondurucuda saxlamaq tövsiyə edilir. Ağız südü dondurulduğu zaman o, keyfiyyətini itirmir və lazım olduqda tədricən isidilə və 39 °C-də buzovlara verilə bilər.
Ağız südü içirdilməsi doğuşdan qısa zaman sonra aparılmalıdır. Bu zaman 24 saat ərzində 3-4 dəfəyə qədər ağız südü içirdilə bilər. İçirdiləcək miqdar buzovun diri çəkisinin 5%-dən artıq olmamalıdır. Bir dəfəyə düşən miqdar 2-2.5 litr arasında dəyişir.
Buzovların ağız südü içməsi, əsasən, 3 üsulla ola bilər:
Ağız südünün birbaşa anadan içirdilməsinin üstünlüyü olaraq alimlər onu göstərirlər ki, buzov ana yanında olduqda immunoqlobulinləri daha tez qəbul edir.