Son zamanlar geniş istifadə edilməyə başlanan metod brix-refraktometr ilə aparılan keyfiyyət analizidir. Baytar həkimlər əvvəllər refraktometrdən, əsasən, buzovların qan serumunda zülal miqdarını analiz etmək üçün istifadə edirdilər. Lakin son dövrlərdə ağız südü analizi üçün də istifadə edilir. Bu metod digər metoda nisbətən temperaturdan asılı olmadığına və az miqdarda ağız südü (bir neçə damcı) istifadə edildiyinə görə fərqlənir.
Analiz zamanı kalibrlənmiş refraktometrə 1-2 damcı ağız südü tökülür və qapağı örtülür. Qısa müddət gözlənilir ki, süd səthə tam yayılsın. Daha sonra isə mövcud şkala üzrə göstərici göz ilə oxunur. Həmçinin elektron refraktometrlər mövcuddur ki, onlar elektron olaraq brix miqdarını ekranda göstərir.
Şkala üzrə nəticəni qiymətləndirərkən aşağıdakı normalar diqqətə alınmalıdır.