Ağız südü tərkibinə görə normal inək südündən fərqlənir, vitamin və minerallar ilə zəngin olur.
Tərkib komponenti | Ağız südü | Keçid südü, sağımlar |
Normal süd |
|||
1-ci sağım |
2-ci | 3-cü | 4-cü | 5-ci | ||
Quru maddə, % | 23.9 | 17.9 | 14.1 | 13.9 | 13.6 | 12.5 |
Yağlılıq, % | 6.7 | 5.4 | 3.9 | 3.7 | 3.5 | 3.2 |
Zülal, % | 14 | 8.4 | 5.1 | 4.2 | 4.1 | 3.2 |
Laktoza, % | 2.7 | 3.9 | 4.4 | 4.6 | 4.7 | 4.9 |
Minerallar, % | 1.11 | 0.95 | 0.87 | 0.82 | 0.81 | 0.74 |
Vitamin A, ug/dl | 295 | 113 | 74 | 34 |
Ağız südü normal inək südünə nisbətdə daha yağlı, qatı və minerallar ilə zəngindir. Həmçinin ağız südü immunoqlobalin ilə zəngindir. Tərkibindəki yüksək yağlılıq dərəcəsi yüksək enerji mənbəyi olur, aşağı laktoza miqdarı isə diareya (ishal) xəstəliyi riskini azaldır. Buzovlar doğulduğu zaman vitamin miqdarı məhdud miqdarda olduğundan tərkibi vitaminlərlə zəngin ağız südü buzovlar üçün bu aspektdən də əvəzsizdir.
İmmunoqlobulinlər – heyvanların orqanizmində mövcud olan, onun immun sisteminin əsas komponentini təşkil edən və orqanizmə kənardan düşən bakteriyaları müəyyən və məhv etməyə kömək edən funksiyaya malik zülallardır. Yeni doğulmuş buzovlarda bu zülallar mövcud olmur. Doğuşdan qısa vaxt sonra buzovların ağız südü ilə yemləndirilməsi onlarda immunitet formalaşması və infeksiyalara qarşı mübarizə qabiliyyətinin formalaşması deməkdir. Bu tip immunitetə passiv immunitet deyilir. Belə ki, bu zaman immun sistemini formalaşdıran antitellər buzov orqanizmi tərəfindən deyil, kənardan verilmiş olur.
Buzov doğulduqdan sonra qısa vaxt ərzində ağız südü içirilməlidir. Belə ki, doğuşdan sonrakı saatlar ərzində ağız südündəki immunoqlobulin miqdarı kəskin azalır və 24 saat sonra isə tamamilə yox olur. Belə ki, əgər doğuşdan dərhal sonra ağız südündə immunoqlobulin miqdarı 20 % təşkil edirsə, doğuşdan 3 saat sonra 15%-ə, 6 saat sonra 10%-ə, 12 saat sonra 5%-ə qədər azalır və 24 saat sonra isə mövcud olmur. Bu səbəbdən doğuşdan sonrakı ilk 3 saat ərzində buzovlara mütləq ağız südü içirilməlidir.
Ağız südü nə qədər buzov üçün vacibdirsə, onun keyfiyyəti də buzov üçün əhəmiyyətlidir.