5.2 Buzovların yemlənməsi
Buzov anadan olduqda oun həzm sisteminin tam formalaşması başa çatmır və doğuşdan bir ay sonra bu sistem tam olaraq formalaşmış olur. Doğumdan sonra buzovların mədəsi tək mədəli heyvanlardakı kimi olur və yeganə funksional hissə qursaq olur. Buzovlar bu həzm sistemi ilə ilk dövrdə yalnız ağız südü və süd ilə yemlənirlər. Süd içdiyi dövrdə buzovlar gövşəyənlərə aid edilmirlər. Süd buzovun qursağında fermentasiya olur. Tədricən fermentasiya zamanı ifraz olunan turşu mədə divarlarının inkişaf etməsinə səbəb olur. İşkəmbə tədricən enerjinin fermentasiya olduğu və proteiin parçalandığı orqana çevrilir. Buzov gövşməyə başladıqda artıq işkəmbənin tamformalaşdığını söyləmək olar.
Buzov doğulduqdan sonra ilk günlərdə onun yemlənməsii təşkil edən əsas komponent ağız südü olur. Tədricən süd və ya süd tozundan istifadə edilir. Südlə yemləmə dövründə yemləmənin əsas məqsədi buzovun sağlamlığını artırmaq, skelet sisteminin və işkəmbənin düzgün inkişafını təmin etməkdən ibarətdir. Doğuşdan sonra ilk həftə ərzində aşağıdakı sxem üzrə yemləməyə üstünlük verilir.
5.2.1 Ağız südünün əhəmiyyəti
Ağız südü inək doğduqdan sonra sağılan qatı və immunitet formalaşdıran maddələr ilə zəngin süddür. Doğuşdan sonrakı ilk sağılan südə ağız südü deyilir. İkinci və daha sonrakı süd keçid süd adlanır. Belə ki, həmin südün tərkibi normal inək südünün tərkibinə yaxınlaşır. Üç gün və ya ilk 6 sağımdan sonra südün tərkibi normal inək südü ilə eyniləşir.