• Buzovun göbəyin nəzarət etmək və yod tərkibli məhlulla dezinfeksiya etmək
• Buzovu isti və quru yerə yerləşdirmək (buzov evciyi və s.)
• İlk ağız südünü vermək
Yuxarıda sadalanan əməliyyatların qısa zamanda edilməsi çox vacibdir. Praktikada bu işlərin doğuşdan sonra aşağıdakı vaxt kəsiyində edilməsi tələb olunur.
Doğuşdan | |
Buzov sərbəst sinəsi üstə uzana bilir | 1-3 dəqiqə sonra |
Başını sərbəst saxlayır | 2-5 dəqiqə sonra |
Burun deşiyi ilə sərbəst nəfəs almağa başlayır | 2-5 dəqiqə sonra |
Ayağa durmağa ilk cəhdlər | 20-40 dəqiqə sonra |
Ayaq üstə sərbəst dayanmaq | 60 dəqiqə sonra |
İlk süd əmmə | 90-120 dəqiqə sonra |
Əksər böyük təsərrüfatlarda təzə doğulmuş buzov ilk 3 saat ərzində yuxarıda sadalanan proseduraları keçdikdən sonra anadan ayrılır və ayrıca buzov evciklərində saxlanılır. Buzovların anadan ayrı saxlanılması onun müxtəlif virus və yoluxuculardan qorunmasına imkan verir. Həmçinin müasir heyvandarlıq təsərrüfatlarında tövlə quruluşu ana və balanın bir yerdə saxlanmasına imkan vermir.