Təlim nəticəsi 5 – Buzov və cavan heyvanların düzgün
yetişdirilməsi
5.1 Buzovun doğulması prosesi
Heyvandarlıq təsərrüfatlarında inək sayı və boğazlıq faizinə uyğun doğulan buzovların sayı müəyyənləşir. Təcrübədə sürü üzrə doğulan buzovların yarısı erkək, yarısı dişi olur. Müəyyən hallarda bundan kənarlaşma olsa da, kənarlaşma, əsasən, kiçik həcmdə olur. Təsərrüfatın böyüklüyü və ixtisaslaşma istiqamətinə uyğun erkək buzovlar kiçik yaşda təsərrüfatdan satılır və ya elə təsərrüfatda kökəldilərək satışa çıxarılır. Kiçik ölçülü təsərrüfatlarda adətən erkək buzovlar təsərrüfatda qalır və kökəldilir. Südlük istiqaməti olan böyük təsərrüfatlar isə mövcud resursları daxilində erkək buzovları saxlaya və ya südlə yemləmə (3 ay) dövrünü keçdikdən sonra sata bilər.
Buzovun doğulması ilə onun yetişdirilməsi və bəslənməsi prosesi başlayır. Doğuşa hazırlıq düzgün təşkil edildikdə və inək doğuşa qədər düzgün bəsləndikdə doğuş prosesi də rahat və fəsadsız keçir. Hər bir halda doğuş prosesi müşahidə edilməli və nəzarətdə saxlanılmalıdır.
Buzovun doğulması prosesi aşağıdakı ardıcıllıq üzrə şəkillərlə əks olunmuşdur.
Açılma mərhələsi