Normalda hava temperaturu 20°C artdıqdan sonra ventilyatorlar işə qoşulmalıdır. Ventilyatorlar hava axınının hərəkətini təmin etməklə müəyyən sərinlik formalaşdırır. Çox isti zonalarda ventilyatorlarlaə yanaşı, su çiləmə sistemi də quraşdırılır. Bu, isti hava şəraitində tövlədə müəyyən rütubət və sərinliyin yaranmasına kömək edir.
4.4 Dırnaqlara qulluq
Dırnaq xəstəlikləri və bu xəstəliklər səbəbindən çıxdaş olunma təsərrüfatlar üçün zərər vuran əsas xəstəliklərdəndir. Dırnaq xəstəlikləri və ya zədələnmələri heyvanın hərəkət imkanını məhdudlaşdırır və yem və su qəbulunu zəiflədir. Bu səbəbdən dırnaqlara qulluq mühüm əhəmiyyət daşıyır. Dırnaq xəstəliyi və zədələnmələrini azaltmaq üçün aşağıdakılar diqqətə alınmalıdır: