Peyin təmizləmə texnikası
Peyin təmizləmə sisteminin məqsədi tövlə daxili yığılmış gündəlik peyini avtomatik olaraq təmizləmək və mövcud kanalizasiya sistemi vasitəsilə peyin çuxuruna ötürməkdir. Peyin təmizləmə sistemləri, əsasən, gəzinti və yem yolunda quraşdırılır. Bu sistemlər tövlələrdə əl əməyini azaldır, həmçinin əmək təhlükəsizliyi baxımından heyvanlardan gələ bilən riski aradan qaldırır.
Peyin təmizləmə texnikası olaraq, əsasən, avtomatik peyin sıyırıcılarından istifadə edilir. Peyin sıyırıcı beton döşəmənin üzərində və altında quraşdırıla bilər. Funksiyası vaxtaşırı olaraq səth üstü ilə irəliləyərək yığılmış peyini kanalizasiya quyusuna boşaltmaqdır.