Yataq yerləri ilə yanaşı, yem yeri də inəklər üçün komfortlu və düzgün quraşdırılmalıdır. Müasir təsərrüfatlarda heyvanların yem yeri, eyni zamanda peyin təmizləmə sistemi olan yol olaraq da istifadə edilir. Qaramal, əsasən, yem qəbulu zamanı peyinlədiyindən bu kombinasiya tövlə sahəsinin tam təmizlənməsi üçün vacibdir. Yem stolu elə qurulmalıdır ki, heyvan yem yerində dayanaraq stoldan yemi rahatlıqla əldə edə bilsin.
4.3 Tövlə texnikası
Tövlə daxili texnikalara, əsasən, aşağıdakılar daxildir:
Su təchizatı
Su təchizatı heyvanlar üçün həyati əhəmiyyət kəsb edən su ilə təchiz edən sistem və avadanlıqları əhatə edir. Heyvanlar üçün verilən suya texniki tələblər də insanların içməli suya müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Bu səbəbdən heyvanlara verilməsi planlaşdırılan suyun analizi vacibdir. Su təchizatı ilə bağlı aşağıdakı tələblər nəzərə alınmalıdır: