Sərbəst yataq yeri olan tövlələrdə yataq yerləri dəmir konstruksiyalar ilə bir-birindən ayrılır. Bu da inəklərə sərbəst uzanmaq imkanı yaradır. Yataq yeri konstruksiyasının ölçülərinə uyğun hazırlanması və quraşdırılması çox vacibdir.
Yataq yerləri özü dərin və hündür olmaqla iki yerə ayrılır. Dərin yataq yerlərinin içərisinə peyin, qum və ya samandan biri olmaqla döşənək tökülür. Bu tip döşənək inəklər üçün daha komfortlu olsa da, daha çox əmək və döşənək materialı sərfini şərtləndirir.