Bu səbəbdən xüsusən yay aylarında süd qısa vaxt ərzində 4 C dərəcəyə qədər soyudulmalıdır ki, bakteriyaların çoxalması mümkün olmasın.
İnsan və heyvan sağlamlığına təhlükəli orqanizmlər |
Mümkün yaranma mənbələri |
Staphylococcus | Mastit və heyvan dərisindən |
Salmonella spp | Peyin (nəcis) |
Escherischa coli | Peyin (nəcis) |
Brucella abortus | Yoluxmuş heyvandan südə düşən bakteriyalar |
Mycobacteria tuberculosis | Yoluxmuş heyvandan südə düşən bakteriyalar |
Bacillus anthracis | Sistematik yoluxmuş inəklərdən |
Leptospirosis spp | Sistematik yoluxmuş inəklərdən |
Coxiella burnetti | Yoluxmuş heyvandan südə düşən bakteriyalar |
Listeriosis | Sistematik yoluxmuş inəklərdən |
Yersinia enterocolitica | Peyin (nəcis) |
Bacillus cereus | Ətraf mühitdən |
Clostridium spp. | Ətraf mühitdən |
Südə qarışmış antibiotiklər müalicəsi aparılan heyvanların sürüdən düzgün ayırlmaması nəticəsində baş verir ki, bu da yekunda südün keyfiyyət parametrinə mənfi təsir göstərir. Antibiotikli südün mənfi təsirləri aşağıdakılar ola bilər:
• Bəzi insanların süddə olan antibitokə allergiyası yarana bilər;
• Süddə olan antibiotik bəzi süd məhsullarının emalına imkan vermir – pendir və yoqurt alınması.
3.6 Süd məhsullarının emalı
Südün emalı nəticəsində bir çox müxtəlif tamlı məhsullar alınır. Bu məhsullar istehlakçıların tələbatı və ağız dadına uyğun formalaşır və bazara çıxarılır. Emal müəssisələrinə qəbul edilmiş süd müxtəlif keyfiyyət göstəriciləri üzrə analiz edildikdən sonra emal prosesinə buraxılır. Ümumilikdə süd emalı dedikdə aşağıdakı proseslərdən biri icra edilir:
• Pasterizasiya və ya ultra-pasteriyaziya yolu ilə isti emal
• Fermentasiya