Bu halda parça dəsmal hər istifadədən sonra yuyulmalıdır.
Yelin sağıma hazır vəziyyətə gətirildikdən sonra 1 dəqiqə ərzində ona sağım stəkanları taxılmalıdır. Sağım stəkanları eyni səviyyədə və tam taxılmalıdır ki, əlavə hava kütləsi içəri keçə bilməsin. Sağım qurtardıqdan sonra rezin əmcəklər dezinfeksiya maddəsi ilə yuyulmalıdır ki, bakteriyalar yayılmasın və mastit xəstəliyinin artmasına mane olsun.
Sağım gigiyenası
Südə infeksion mikroorqanizmlərin keçməsi aşağıdakı 4 mənbədən baş verə bilər:
• Yelin xəstəliklərindən (mastit);
• Yelinin və əmcəklərin üzərində olan çirk və yoluxucu maddələrdən;
• Sağıcının əli və ya yelini silmək üçün istifadə edilən parça əskilərdən;
• Sağım sistemi və aparatlarının yuyulması.
Avadanlığın mütəmadi yuyulması və dezinfeksiya aparılması edilməsə, bu, sağımdan yığılmış süddə qısa vaxtda bakteriyaların artmasına və südün keyfiyyətinin dəyişməsinə səbəb ola bilər. Belə ki, sağım sistemi komponentlərinin üz səthində bakteriyalar yığılma mənbəyidir. Hətta adi gözlə fərqləndirilməyən sahələrdə də bakteriyalar toplanır. Bu bakteriyalar qısa vaxtda çoxalma imkanına malikdirlər. Bu səbəbdən hər sağımdan sonra sağım sistemi turşu və qələvi, həmçinin dezinfeksiya maddələri ilə yuyulmalıdır. Avtomatlaşdırılmış sağım zallarında CİP yuma sistemi quraşdırılır ki, yuma və dezinfeksiya müəyyənləşdirilən rejimə uyğun avtomatik aparılır. Sağım sisteminin yuyulmasında qələvi tərkibli maddələr tez təsir göstərir. Qələvi səthi süd zülalı və yağından daha yaxşı təmizləyir. İstifadə edilən yuma və dezinfeksiya maddələri qaynar su ilə daha təsirli olur. Yuma sistemlərində bu səbəbdən istifadə edilən su müəyyən temperatura qədər isidilir.
Yuma üçün müxtəlif istehsalçıların fərqli sayda və tərkibdə təklif etdiyi məhsullar mövcuddur. Yuyucu maddə seçilərkən fenol tərkibli maddələrdən seçilməməsinə diqqət yetirmək lazım. Çünki fenol südün keyfiyyətini poza bilər.