Pulsasiyalı ritm gərginliyin yaranması və sağım stəkanı divarlarında qan yığılmasının qarşısını alır, əmcəkdə masaj etmə funksiyası ilə normal qan dövranının yaranmasına dəstək olur.
Metal sağım stəkanlarının içərisində rezin qat olur. Metal stəkan divarı ilə rezin qat arasında davamlı təzyiq yaradılır ki, buna pulsasiya kamerası deyilir. Pulsasiya kamerası stəkanın içərisində vakuum yaradır. Bu vakuum nəticəsində stəkana daxil olan hava rezin qatı əmcəklərə doğru sıxır və əmcəyi masaj edərək süd kanallarının açılması və südün axmasını təmin edir. Vakuum təzyiqi pulsasiyası nəticəsində əmcək masaj edilir, əmcək sıxılaraq süd kanalı bağlanır və açıldıqda isə süd kanalı açılmaqla süd axını həyata keçirilir.
Pulsasiya kamerasına atmosfer havası daxil olduqda rezin qatı sıxır və süd kanallarının bağlanmasına səbəb olur. Pulsasiya tempi dedikdə bir dəqiqə ərzində baş vermiş tsikllərin sayı nəzərdə tutulur. Pulsasiya tempi, əsasən, 45-65 arasında müəyyənləşdirilir. Bu, o deməkdir ki, stəkan bir dəqiqə ərzində 45-65 dəfə açılıb bağlanır.
Sağım aparatı dedikdə ayrıca hər bir inəyin sağılması üçün istifadə edilən sağım komponentləri nəzərdə tutulur. Bura sağım stakanı və rezin əmcəklər, kollektor, süd və vakuum şlanqlar daxildir.