3.4 Sağım prosesi
Süd tez xarab olan və bakteriyaların qısa vaxtda çoxalması üçün münbit mühitə malik bir məhsuldur. Bu səbəbdən sağım zamanı gigiyenik qaydalara əməl edilməsi və südün vaxtında emal edilməsi onun tərkibindəki zəngin qida maddələrinin qorunub saxlanmasına imkan verir.
3.4.1 Əl ilə sağım
İnəklərin maşın vasitəsi ilə sağılması son yüz il ərzində baş vermişdir. İndinin özündə dünya üzrə və Azərbaycan da sağılan inəklərin böyük hissəsi əl ilə sağılır. Əl ilə sağım, əsasən, kiçik sayda heyvanı olan kəndli-fermer təsərrüfatlarında aparılır. Bunun əsas səbəbi sağım aparatlarına texniki qulluğun asan olmaması, ehtiyat hissələrinin çətin tapılması və sərf edilən elektrik enerjisi xərcləridir.
Əl ilə sağım zamanı əmcəklər təmizlənməli, yuyulmalı və qurudulmalıdır. Sağım təmiz və quru əllərlə aparılmalıdır. Hər əl tutduğu əmcəyin bütün hissəsini sıxmalıdır, təkcə aşağı hissəsi ilə məhdudlaşmamalıdır. Əmcəyin yuxarı hissəsi baş və işarət barmağı ilə bərk sıxılmalı və aşağı doğru çəkilməlidir. Bu zaman yaranan təzyiq ilə süd kanalları ilə südün axını başlayır. İlk olaraq arxa 4-cü məmə sağılmalıdır. Belə ki, həmin əmcəkdə daha çox süd olur. Sağım zamanı südə toz və digər kənar maddələrin düşməsinə yol vermək olmaz.
3.4.2 Maşın ilə sağım
Maşın ilə sağım üçün müxtəlif növ və tip aparatlardan istifadə edilsə də, onlar eyni prinsip əsasında fəaliyyət göstərir.