Südün tərkibində zülal təqribən 3-4% təşkil edir. Yəni 1 litr süddə təqribən 30-40 faiz protein (zülal) olur. Süddə zülal səviyyəsi inəyin cinsinə və südün yağlılığına görə dəyişir. Daha doğrusu, südün yağlılığı nə qədər yüksəkdirsə, onda olan zülal səviyyəsi də yüksəkdir.
Süddə olan zülallar 2 qrupa bölünür: kazein və sağım proteini. Süddə olan zülalların 80%-ni kazein təşkil edir. Kazein süddə klaster formasında hüceyrələrin birləşməsini formalaşdırır.
Vitaminlər
Südün tərkibində yağda əriyən vitaminlərdən A, D, E və K vitamini mövcuddur. Bu vitaminlərdən yeni doğulmuş buzovlar üçün vacib olanı vitamin A və D-dir. Vitamin A buzovların özləri tərəfindən əldə edilə bilmir. Vitamin D isə buzovlarda kalsium və fosfor toplanması və sümüklərin inkişafı üçün vacibdir. Süddə mövcud olan suda əriyən vitaminlərdən, əsasən, vitamin B və B2-dir. Həmçinin süd insanlar üçün vitamin C tərkibinə görə çox dəyərlidir.
İmmun komponentləri
Südün tərkibində immunoqlobulinlər mövcuddur ki, bu da buzovlarda immunitet sisteminin formalaşması və güclənməsi üçün mühüm mənbədir.