Südün təqribən 87 %-ni su təşkil edir. Süddə suyun miqdarı onda mövcud laktozanın miqdarına əsasən müəyyənləşdirilir. Heyvanın orqanizmində enerji sərfiyyatı birbaşa su tələbatını formalaşdırır. Həmçinin süd məhsuldarlığı heyvanların su içmə səviyyəsindən birbaşa asılıdır. Əgər heyvan hər hansı gün yetəri qədər su qəbul edə bilmirsə, süd məhsuldarlığı da həmin gün aşağı düşür. Ona görə də heyvanların içməli su ilə daima tam təmin olunması çox vacibdir.
Karbohidratlar
Süddə mövcud olan əsas karbohidrat laktozadır.
Karbohidratlar | Mq/100 ml |
Laktoza | 5000 |
Qlükoza | 14 |
Qalaktoza | 12 |
Mioinozitol | 4-5 |
Laktoza qalaktoza və qlükoza molekullarından ibarət disaxariddir. Ona görə laktoza qlükozaya nisbətdə ikiqat artıq enerjiyə (enerji dəyəri) malikdir. Laktoza şəkər aid edilsə də, şirin tama malik deyil.
Laktoza qeyri-süd məhsullarında təsadüfən rast gəlinir. Heyvan orqanizmində laktoza süd vəzilərində (yeganə orqan) istehsal edilir və yeni doğulmuş balanı yetəri qədər enerji ilə təmin etmək funksiyası daşıyır. Südün tərkibində laktoza konsentrasiyası 5% səviyyəsində olur.
Zülallar
Süddə zülallı və zülalsız azot mövcuddur.