Xüsusən də içməli su imkanı azaldıqda bu, qısa zamanda südün miqdarının düşməsinə birbaşa təsir göstərir. İnəyin orqanizmi özündə su saxlama imkanı olmadığından su ilə az təmin olunduqda məhsuldarlığın düşməsi dərhal baş verir.
Südün istehsalı və həcminə yemləmə birbaşa təsir göstərir. Yemlər ilə heyvana verilən karbohidratlar heyvanın mədəsində uçucu yağ turşularına – sirkə, propion və yağ turşusu – çevrilir. Süd istehsalı üçün vacib olan laktoza isə qaraciyərdə sintez olunur.
3.2 Südün tərkibi
Süd istehsalı yalnız məməli heyvanlarda mümkündür. Müxtəlif məməlilərdə istehsal edilən südün tərkibi fərqlidir və balanın spesifik ehtiyaclarına uyğun tərkibdədir. Süddəki enerji tərkibi bədən ölçülərindən asılı olaraq dəyişir.
Quru maddə |
Zülal | Yağ | Süd şəkəri | Minerallar | |
İnsan | 12.9 | 0.9 | 4.0 | 7.1 | 0.2 |
At | 11.2 | 2.5 | 1.9 | 6.2 | 0.5 |
İnək | 13 | 3.4 | 4.2 | 4.7 | 0.7 |
Qoyun | 18 | 5.5 | 7.2 | 4.8 | 0.8 |
Donuz | 18.8 | 4.8 | 6.8 | 5.5 | 1.1 |
Keçi | 13.3 | 3.2 | 3.5 | 4.3 | 0.8 |
Südün tərkibini formalaşdıran əsas kimyəvi komponentlər aşağıdakılardır və təbii inək südündə aşağıdakı həcmdə mövcud olurlar.
Komponentlər | Təbii inək südü | Ağız südü, Ø (%) | |
Ø (%) | Dəyişmə sahəsi (%) |
||
Su | 87 | 85 - 89 | 73 |
Quru maddə | 13 | 12 -15 | 27 |
Yağ | 4.2 | 2 - 7 | 3.5 |
Zülal | 3.4 | 2.5 - 6 | 22.4 |
- Kazein | 2.8 | 5.5 | |
- Sağım proteini |
0.6 | 16.9 | |
Süd şəkəri | 4.7 | 3.5 - 5.5 | 2.1 |
Minerallar (kül) | 0.7 | 0.5 - 0.8 | 1.2 |
Xüsusi çəkisi (g/ml) |
1.028 - 1.032 |