4 kPa artıq təzyiq şəraitində süd formalaşdıran hüceyrələr öz işini icra edir.
Südün formalaşmasının başlanmasına prolaktin hormonu səbəb olur. Prolaktin hormonu ilk boğazlıq dövründə hipofizdə formalaşır və qan damarları ilə yelinə ötürülür. Doğuşa 20-30 saat qalmış qanda progesteron hormonun kəskin azalması ilə prolaktin hormonun kəskin artımı müşahidə edilir.
3.1.1 Yelinin quruluşu
Boğazlıq dövrü ərzində inəklərin orqanizmində süd vəzi toxumalarında fizioloji dəyişiklik baş verir. Doğuşa qədər süd ifraz edən toxumalar süd istehsalı üçün inkişaf etmiş və hazır vəziyyətdə olur, sadəcə doğuş zamanı yaranan hormonal siqnalı alana qədər fəaliyyətə başlamırlar. Bu siqnal həm inəyin orqanizmi tərəfindən, həmçinin də cift ifraz edən hormonların yoxa çıxması ilə formalaşır.
Orqanizmdə dəyişikliklər ilk stimulyasiya döldən qaynaqlanır və ciftin ayrılması üçün hormon ifrazını başladır. Doğuşla bağlı orqanizmdə baş verən bu dəyişikliklər süd vəzi toxumalarının süd istehsalı üçün lazım olan fermentləri və süd komponentlərini (zülal, karbohidrat, yağ və s.) toplamağa başlamasına səbəb olur. Progesteron isə laktoza sintez edən fermentlərin formalaşmasına təsir göstərir.
Laktasiya nədir?