1 kq süddə hər % yağ üçün 0.38 MJ NEL
+ 1 kq süddə hər % zülal üçün 0.21 MJ NEL
+ 1.05 MJ NEL hər kq süd üçün
= 1 kq süd istehsalı üçün enerji ehtiyacı
Bu formul əsasında 4% yağlılığa və 3.4% zülal tərkibinə malik südün 1 kq istehsalı üçün 3.28 MJ NEL enerji tələb olunur.
Südün tərkibində hər % zülal üçün 25 qr protein tələb olunur. Bu hesabla həmin tərkibdə südün 1 kq-ı üçün 85 qr xam protein tələb olunur.
Bu formula əsasında məhsuldarlıq üçün qida maddələri ehtiyacı hesablanması üçün süd məhsuldarlığı da nəzərə alınmaqla inəyin illik tələbatı hesablana bilər. Məsələn, illik süd məhsuldarlığı 6500 kq olan inəyin illik enerji və protein tələbatı aşağıdakı kimi olacaqdır.
Enerji tələbatı = 3.28 MJ NEL x 6500 kq = 21 346 MJ NEL/il
Protein tələbatı = 85 qr x 6500 kq = 553 kq/il
Yem rasionu özündə həm orqanizmin saxlayıcı qida maddələri ehtiyacını, həm də məhsuldarlıq üçün qida maddələri ehtiyacını təmin etməlidir. Ümumi tələbat bu iki tələbatın cəminə bərabərdir. Məsələn, diri çəkisi 650 kq olan inəyin müxtəlif süd məhsuldarlığı səviyyəsindən və südün yağlılıq göstəricisindən asılı olaraq gündəlik cəmi tələbatı aşağıdakı cədvəldəki kimi dəyişir.
Süd məhsuldarlığı kq/gün |
Südün tərkibi (3.5 % yağlılıq, 3.2 % protein) |
Südün tərkibi (4 % yağlılıq, 3.4 % protein) |
||
Enerji tələbatı (MJ/gün |
Protein tələbatı (qr/gün) |
Enerji tələbatı (MJ/gün |
Protein tələbatı (qr/gün) |
|
5 | 52.97 | 855 | 54.12 | 875 |
10 | 68.22 | 1260 | 70.52 | 1300 |
15 | 83.47 | 1665 | 86.92 | 1725 |
20 | 98.72 | 2070 | 103.32 | 2150 |
25 | 113.97 | 2475 | 119.72 | 2575 |
30 | 129.22 | 2880 | 136.12 | 3000 |
40 | 159.72 | 3690 | 168.92 | 3850 |
50 | 190.22 | 4500 | 201.72 | 4700 |
Həmçinin yem rasionu hazırlanarkən minerallara olan tələbat öz əksini tapmalıdır. Belə ki, rasionda hər hansı mineral balansının nəzərə alınmaması yekunda həm məhsuldarlığa, həm də heyvanın sağlamlığına mənfi təsir göstərə bilər. Südlük inəklərin minerallara olan gündəlik tələbatı aşağıdakı kimidir.