- Günəbaxan şrotu
- Günəbaxan jmıxı
- Pambıq çiyidi
- Pambıq jmıxı
- Pivə bardaşı
- Qlüten
Müxtəlif yem növləri bir-birindən qida dəyəri və tərkibinə görə fərqlənir. Təsərrüfatda yem rasionu hazırlanarkən hər bir yemin tərkibinin analizi daha faydalı olar. Bununla belə, bitkilər üzrə qəbul edilən orta qida dəyəri göstəriciləri mövcuddur ki, təsərrüfatda həmin yem bu göstəricidən müəyyən qədər kənarlaşa bilər.
2.3 Tələbata uyğun düzgün yem rasionunun hazırlanması
Yem rasionu hazırlanarkən əldə edilməsi planlaşdırılan məhsuldarlıq nəzərə alınmaqla heyvanın tələbatı düzgün müəyyənləşdirilməlidir. Ümumilikdə rasion hazırlanarkən aşağıdakı faktorlar nəzərə alınmalıdır:
Rasion hazırlanması üçün heyvanın çəkisinin müəyyənləşdirilməsi vacibdir. Çünki rasion tutularkən tələb olunan enerji və protein heyvan orqanizminin saxlanması və süd məhsuldarlığı tələbləri nəzərə alınmaqla aparılır. Heyvan orqanizminin saxlanması üçün tələbat birbaşa onun çəkisi ilə əlaqədardır. Heyvanın çəkisinin müəyyənləşdirilməsi bir çox böyük təsərrüfatlarda quraşdırılmış tərəzilər vasitəsilə asanlıqla aparılır. Tərəzi olmayan hallarda isə ölçü lenti vasitəsi ilə də müəyyənləşdirmək olar.