Bu mərhələdən maksimum qida dəyərliliyi əldə etmək olur. Bu mərhələdən sonra qarğıdalı silos edildikdə silos daha quru alınır və bu zaman qarğıdalı bitkisinin yarpaqları itirilmiş olur. Qarğıdalı silosunun keyfiyyətinə onun qısa zamanda və düzgün basdırılması ciddi təsir göstərir.
Yaşıl yemlər heyvan orqanizmində asan həzm olur və tez qan-limfa sisteminə sorulur. Tərkibi zülallar, amin turşuları, vitaminlər və bir sıra mineral maddələrlə zəngindir. 1 kq çəmən otunda təxminən 25 qr həzmə gedən protein, 2,9 qr Ca, 0,7 qr P, 30-79 mqr karotin var. Ümumi qaydada götürdükdə isə yaşıl yemlərin tərkibində orta hesabla 70-80% su olur. Quru maddəsinin isə 8-20%-i protein, 20-30%-i sellüloza, 35-45%-i AEM (azotsuz ekstraktiv maddələr), 2-4%-i yağlar, 1-3%-i şəkər və 12%-i küldən ibarətdir.
Kökümeyvəlilər və kökyumruları əsas rasionu tamamlamaq üçün istifadə olunur. Süd qovucu xüsusiyyətinə görə doğuşun ilk aylarında sağmal inəklərin rasionuna əlavə olunur. Bu yemlər, əsasən, qış aylarında mal-qaranın yemlənməsi üçün tədarük olunur. Yem çuğunduru, yarımşəkər yem çuğunduru, şəkər çuğunduru, yem kartofu, yerkökü qış aylarında quru yemlərlə birgə rasiona əlavə olunmaqla yemlərin həzm olunması və qan-limfa sisteminə sovrulmasını intensivləşdirir.
2.2.3 Qüvvəli yemlər
Qüvvəli yemlər enerji ilə zəngindirlər, tərkiblərində az miqdarda sellüloza vardır. Qüvvəli yemlər rasionu enerji və proteinə olan tələbi tamamlayır. Əsas qüvvəli yem kimi aşağıdakı bitkilər və ya bitki qalıqlarından istifadə edilir: