Yemlərdə əsas enerji mənbəyi olaraq karbohidrat çıxış edir. Yem bitkilərində karbohidratlar, əsasən, 3 formada mövcud olur.
Zülallar bir-birinə bağlı bir və ya bir neçə amin turşusu zəncirindən ibarətdir. Zülalların tərkibində orta hesabla 16% azot olur. Zülallar mühüm funksiyaya malikdir. Belə ki, fermentlər və hormonlar əsasən proteindən ibarətdir və onlar orqanizmdə kimyəvi reaksiyaları tənzimləyir. Həmçinin zülal əzələ liflərinin əsas komponenti hesab edilir. Həmçinin bir çox zülal növləri çox vacib qida dəyərinə malikdirlər.
Vitaminlər orqanizmin normal funksiyasını təmin edən üzvi maddələrdir. Fermentlər ilə birgə vitaminlər bir çox kimyəvi reaksiyalarda iştirak edir. Vitaminlər ümumilikdə qruplaşdırıldıqda suda və yağda həll olan vitaminlərə ayrılır. Suda həll olan vitaminlərə – Vitamin C və 9 növ B qrup vitaminlər aiddir. Yağda həll olan vitaminlərə isə A, D2, D3, K və E vitaminləri aiddir.
Vitaminlərin çatışmazlığı heyvanlarda özünü müxtəlif simptomlar ilə büruzə verir.
Minerallar orqanizm üçün mühüm əhəmiyyət daşıyan qeyri-üzvi elementlərdir.
Makro minerallar | Kimyəvi simvolu |
Mikro minerallar | Kimyəvi simvolu |
Kalsium | Ca | Yod | I |
Fosfor | P | Dəmir | Fe |
Maqnezium | Mg | Mis | Cu |
Natrium | Na | Kobalt | Co |
Kalium | L | Manqan | Mn |
Xlor | Cl | Molibden | Mo |
Kükürd | S | Sink | Zn |
Selen | Se |
Ümumilikdə minerallar makro və mikro minerallara ayrılır. Hər iki mineral qrupu orqanizm üçün əhəmiyyətli olsa da, onların lazım olan miqdarı müxtəlifdir. Makro minerallara olan tələb yem rasionunun quru maddəsinin 0.2 – 1 % həcmində dəyişirsə, bu mikro minerallarda 0.001 – 0.05% səviyyəsindədir.
Minerallar heyvan orqanizmində aşağıdakı mühüm funksiyaları icra edir: