Təlim nəticəsi 2 – Mühüm yem bitkiləri və tələbata uyğun yem rasionlarının hazırlanması
2.1 Yemlərin tərkibi
Yem bitkilərinə heyvanların qidalanmasında əsas rol oynayan mühüm bitkilər aiddir. Yemlər heyvanları orqanizm üçün vacib olan qida maddələri və digər komponentlər ilə təmin edir, orqanizmin özünü saxlaması və məhsuldarlığı formalaşdırır. Növündən asılı olmayaraq hər bir yem bitkisi, əsasən, aşağıdakı komponentlərdən ibarət olur.
Yemlərin tərkibində növündən asılı olaraq çox hissəni su təş kil edir. Yemin tərkibindən suyu kənarlaşdırsaq, yerdə qalan hissə quru maddə adlanır. Yemin növlərindən asılı olaraq quru maddəsi və su tərkibi fərqlənir. Belə ki , yaşıl yemlərdə quru maddə tərkibi aşğı, su tərkibi yuxarı olduğu halda, quru qab yemlərdə və qüvvəli yemlərdə (dən taxıl, dən qarğıdalı və s.) quru maddə tərkibi yuxarı və su tərkibi aşağı olur. Məsələn, yaşıl otda quru mad də tərkib i 20% olduğu halda, quru otda bu 85-86% olur.
Heyvan orqanizmi suyu, əsasən, 3 mənbədən – yemlər vasitəsi ilə, suyun içilməsi və orqanizmdə gedən bioloji reaksiyalar (metabolizm suyu) nəticəsində əldə edir. Su heyvan orqanizmində qida maddələrinin ötürülməsi, bədən temperaturunun tənzimlənməsi, bir çox kimyəvi reaksiyaların tənzimlənməsi və orqanizmdə hüceyrələrin formasının saxlanması funksiyalarını yerinə yetirir.
Yemlərin tərkibində enerji təmin edən maddələr heyvan orqanizmini tələb olunan enerji ilə təmin edir. Yemlərin həzmi ilə heyvanlar onların inkişafı, çoxalması və süd istehsalı üçün tələb olunan enerjini əldə edirlər. Yemlərdə qida maddələrinin enerji tərkibinin qiymətləndirilməsi üzrə bir neçə ölçü vahidi mövcuddur. Ən geniş yayılan ölçü vahidi kalori hesab edilir. 1 kalori dedikdə 1 qram suyun temperaturunun 14.5 °C-dən 15.5 °C-dək artırmaq üçün tələb olunan istiliyin miqdarı nəzərdə tutulur. Həmçinin yemlərin enerji dəyərinin qiymətləndirilməsində geniş istifadə edilən ölçü vahidlərindən biri də Coul-dur.
1 kilokalori = 1000 kalori
1 kalori = 4.18 Coul
1 Meqacoul = 1 000 000 Coul