Təlim nəticələrinin qiymətləndirilməsi
TEST TAPŞIRIQLARI
(Təlim nəticəsi 1)
1. Azərbaycanda adambaşına süd istehsalı nə qədərdir?
A) 510 litr
C) 209 litr
B) 1200 litr
D) 140 litr
2. 2016-cı il ölkə üzrə inək sayı nə
qədər olmuşdur?
A) 1.18 milyon
B) 400 min
C) 2.2 milyon
D) 950 min
3. İnək sayına görə ən böyük iqtisadi rayon hansıdır?
A) Bakı-Abşeron
B) Aran
C) Şəki-Zaqatala
D) Gəncə-Qazax
4. Südlük maldarlıq sahəsi üzrə əsas gəlir formalaşdıran məhsullar hansılardır?
A) Süd, ət, buzov
B) Süd, ət, buzov, peyin
C) Süd, ət, yumurta
D) Süd, yun, peyin
5. Süd soyudulduqdan sonra neçə gün saxlanıla bilər?
A) 1 gün
B) 5 gün
C) 3 gün
D) 12 saat
6. Laktasiya müddəti 400 gün olduqda 1 ildə neçə buzov doğular?
A) 1
B) 2
C) 0.91
D) 0.8
7. Bir inəyə illik 3000 litr süd istehsalı və 0.70 AzN/kq süd qiyməti ilə gəliri hesablayın?
A) 2100 AzN
B) 1500 AzN
C) 5000 AzN
D) 2800 AzN
8. Südlük maldarlıqda əsas xərc maddələri hansılardır?
A) Yem, əməkhaqqı, baytarlıq
B) Təmir, tikinti, mayalanma
C) Satış, marketinq və qablaşdırma
D) Yem, dizel, ehtiyat hissəsi