Ət satışından gəlir (çıxdaş inək)
Südlük inəklər təsərrüfatlarda bir neçə il saxlanılır və istifadə müddətinin sonunda ət olaraq kəsilmək və sürüdən çıxarılmaq üçün verilir. İnəklərin sürüdə qalma müddəti onun məhsuldarlığından, bala vermə vəziyyətindən (qısır olmamaq) və fiziki durumundan asılı olaraq dəyişir. Yerli cinslər ölkəyə gətirilən cins inəklərə nisbətən daha uzun müddət təsərrüfatlarda saxlanıla bilir. Yerli cins inəklərin çəkisi və süd məhsuldarlığı yüksək olmadığından fiziki qüsur və ya qısırlıq halı olmadıqca o təsərrüfatdan çıxdaş edilmir. Cins inəklər isə daha intensiv istiqamət üzrə saxlanıldığından daha tez təsərrüfatdan çıxma müşahidə edilir. Cins damazlıq inəklərin təsərrüfatda qalma müddəti 3-4 bala veriminə, yerli cinslərdə isə 6-7 bala veriminə qədər olur.
Nəzərə alsaq ki, inəklər bir neçə il təsərrüfatda qalır və ətdən gəlir isə sonuncu ildə satış zamanı yaranır, o zaman hesablamalar zamanı sonda bir dəfəyə əldə edilən gəlirin illər üzrə bərabər bölünməsi aparılır. Ət satışında gəlirə aşağıdakı faktorlar təsir göstərir:
İnəyin təsərrüfatda saxlanma müddəti hər il neçə cavan inəyin sürüyə daxil edilməsi miqdarını da müəyyən etməyə kömək edir. Məsələn, əgər sürü üzrə inəklərin təsərrüfatda saxlama müddəti 4 ildirsə, deməli, hər il sürünün 25%-i çıxdaş edilməli və yeni cavan inəklər sürüyə daxil edilməlidir. Həmçinin illik inək itkilərini də nəzərə alsaq, hər ilə düşən ətin miqdarını tapmaq olar. Əgər inək itkisi 2% olarsa, hər il inəyin diri çəkisi və ya kəsilən ətin 23 %-i gəlir olaraq hesablanmalıdır. (25-2=23%)
Hesablamanı real rəqəmlər ilə tamamlayaq. Təsərrüfatda diri çəkisi 550 kq olan bir inək üzrə hesablanmış ət satış gəliri aşağıdakı kimidir.
550 kg diri çəki x 23 % ilə düşən gəlir hissəsi = 126.5 kq
Ət satışından gəlir = 126.5 kq diri çəki x 3.6 AzN/kq (diri çəki) = 455.4
AzN
Peyindən əldə edilən gəlir
Əksər təsərrüfatlarda əldə edilən peyin üzvi gübrə olaraq təsərrüfat daxilində istifadə edilirsə, sadəcə olaraq satış qabiliyyətli hər bir məhsul uyğun qiymət ilə qiymətləndirilməli və hesablamalarda gəlir olaraq tanınmalıdır. Normativ hesablamalara görə, bir inək illik 22 m3 maye peyin (peyin və sidik) və ya 9-10 ton quru peyin istehsal edir.