Bala (hər il doğulan buzov) Peyin
Südlük maldarlıq təsərrüfatlarının gəliri yuxarıda sadalanan məhsulların satışı ilə formalaşır. Süd istehsalı gündəlik baş verdiyindən və südün uzun müddət saxlanması mümkün olmadığından süd satışı gündəlik həyata keçirilir. Südü soyutmaq imkanı olan təsərrüfatlar onu 3 günə qədər saxlaya bilirlər. Bala yaxşı halda ildə 1 dəfə və ya 1 ildən artıq müddət ərzində inəyin doğuşundan əldə edilən əsas məhsuldur. Peyin gündəlik istehsal olunur. Ət isə inək istifadə müddətini başa vurub təsərrüfatdan çıxarılan zaman kəsildikdə əldə edilən məhsuldur. Ümumilikdə südlük maldarlığın əsas məhsulu süd hesab edilir. Digər məhsullar yanaşı məhsullar hesab edilir.
Hər bir istehsal prosesi ona çəkilən xərclərsiz mümkün deyil. İstehsal o zaman səmərəli hesab olunur ki, ondan əldə edilən məhsul və gəlir ona çəkilən bütün xərcləri ödəmiş olsun. Südlük maldarlıq üzrə əsas istehsal xərcləri aşağıdakılardır:
Bu xərclər ümumilikdə süd istehsalının maya dəyərini formalaşdırır.