Ölkəyə gətirilən cins damazlıq heyvanlar bu istiqamətdə görülən işlərdəndir.
1.2 Südlük maldarlıqda əsas gəlir və xərc maddələri
Südlük maldarlıq öz-özlüyündə kənd təsərrüfatının digər istehsal sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir. Belə ki, maldarlığın yem bazasını formalaşdırmaq üçün yem bitkilərinin əkini həyata keçirilir. Həmçinin südlük maldarlıq damazlıq və ətlik istiqamətli heyvandarlıq üçün buzov təminatını həyata keçirir.
Bu qarşılıqlı əlaqə nəticəsində hər bir istehsal sahəsi digərini xammal və ya hazır məhsul ilə təmin edir.
Südlük maldarlıq sahəsi üzrə əsas gəlir formalaşdıran məhsullar aşağıdakılardır:
Süd Ət (sürüdən çıxan inəyin əti)