Heyvanların baş sayının artmasına əsasən ölkə üzrə süd istehsalının artımının ekstensiv üsulla, yəni heyvan sayının artımı hesabına olması təsdiqini tapır. Məhsuldarlıq dəyişikliyi müşahidə edilmir.
Ölkə üzrə südlük qaramal sayında artım olsa da, məhsuldarlıq səviyyəsi 1990-cı il səviyyəsinə yalnız 2013-cü ildə çatıb. Hər inəkdən ildə orta hesabla 1381 litr (2013) süd sağılır ki, bu da dünya ölkələri ilə müqayisədə çox aşağıdır.
Qabaqcıl dünya ölkələrində orta süd məhsuldarlığı 7-8 min litr, qabaqcıl MDB ölkələrində isə 4-4.5 min litr səviyyəsindədir. Azərbaycanda süd istehsalının artımı sırf heyvan sayının artması hesabına baş vermişdir.
Son illər ölkə üzrə aparılan investisiya qoyuluşları ilə südlük maldarlıqda da daha intensiv saxlama üsuluna keçidə start verilmişdir.