Təlim nəticələrinin qiymətləndirilməsi
TEST TAPŞIRIQLARI
(Təlim nəticəsi 11)
1. “Təhlükəsizlik zonası” termini nəyi əks etdirir?
A) Mal-qaranın təhlükəsiz
dayanmasını
B) İşçinin mal-qaraya nə dərəcədə
yaxınlaşa biləcəyini göstərir
C) Təhlükəsiz zonalarını göstərir
D) Heç biri
2. Siz heyvana yaxınlaşdıqda və ona tərəf hərəkət etdikdə o, necə davranacaq?
A) Arxaya doğru hərəkət etməyə
başlayacaq
B) Uzanacaq
C) Tullanacaq
D) Sizə doğru hərəkət edəcək
3. Heyvanla üzbəüz vəziyyətdə sola doğru hərəkət edirsinizsə, o, necə davranacaq?
A) Arxaya doğru hərəkət edəcək
B) Sizə doğru hərəkət edəcək
C) Sola doğru hərəkət edəcək
D) Sağa doğru hərəkət edəcək
4. Buzovu qaldırarkən necə etmək lazımdır?
A) Birbaşa qaldırın
B) Ayaqlarınızdan istifadə edin və
kürəyinizi mümkün olduğu qədər
düz saxlayın
C) Dizlərinizi bükməyin
D) Heç biri
5. Dərman verilməsi zamanı heyvana necə yaxınlaşmaq lazımdır?
A) Başa öndən yaxınlaşın
B) Arxadan yaxınlaşın
C) Başa yandan yaxınlaşın (öndən
deyil)
D) Heç biri