Qulağa birka vurulması zamanı təhlükəsizlik tədbirləri |
- İstifadə etdiyiniz birkanın növünə uyğun olaraq, müvafiq aplikatordan istifadə
edin. Onun saz vəziyyətdə olduğuna əmin olun. Nöqsan aşkarlandıqda
istifadədən əvvəl onu digəri ilə əvəz edin.
- Qulağa birka tətbiq edərkən qığırdaq çıxıntılarına və ya əsas qan damarlarına
vurmayın. Belə olduqda heyvan ağrını daha az hiss edir və onun başını
tərpətmək və birkanı qulağa taxan şəxsi zədələmək ehtimalı azalır.
- Yalnız quru şəraitdə birkanı tətbiq edin. Bu, ayaqlarınızın sürüşmə riskini azaldır
və yaranın qurumasına zəmin yaradır.
- İşə başlamazdan əvvəl bütün heyvanların başlarının dik vəziyyətdə olmasına
çalışın.
- Heyvanın qulağına birka vurulması prosesini cəld həyata keçirin. Qəfil baş
hərəkətləri zamanı ehtiyatlı olun.
|
İnyeksiya etmək/peyvənd vurmaq |
- Müvafiq ölçülü ucu iti iynələrdən istifadə edin.
- İnyeksiyada havanın qalmadığına əmin olun.
- Doza səviyyəsinin müəyyənləşdirilməsi üçün istifadəçi təlimatına riayət edin.
- Peyvəndləmə zamanı əlinizlə şprisi heyvanın boyun istiqamətində tutun.
- Dəri altına yeridilən inyeksiyadan əvvəl dərinin normal vəziyyətə gətirilməsinə
əmin olun (dərialtı inyeksiya).
|