Buzovların qaldırılması zamanı təhlükəsizlik tədbirləri |
- Buzovu qaldıran zamanı ayaqlarınızdan istifadə edin və kürəyinizi mümkün
olduğu qədər düz saxlayın.
- Qaldırmaq üçün buzovun yanında çömbəlin, bir əlinizlə qabaq tərəfdən onu
özünüzə yaxınlaşdırın və digər əlinizlə arxa ayaqlarını yaxınlaşdırın. Onu
qaldırmaq üçün dizlərinizi açın. Onu bərk tutun – onun çırpınaraq çıxmasına
imkan verməyin.
|
Dərmanın verilməsi zamanı təhlükəsizlik tədbirləri |
- Dərmanı ağzına tökə bilmədiyiniz hallarda məhəccərə söykənərək və onların
başlarını tutaraq heyvanlara dərman verin – və ya başlıqdan istifadə edin.
- Başa yandan yaxınlaşın (öndən deyil), əlinizi boyundan qulağın altına və çənə
boyunca aparın, sonra çənəni əlinizlə tutun. Heyvan birdən dartına bilər, buna
görə öz başınızı heyvanın başından uzaq saxlayın.
- Kiçik buynuzlu mal-qaraya dərmanı onları ağılda sıxışdıraraq verin. Öndən
arxaya doğru gedin və metal burunlu çəkmə geyinin.
- Bu işi görən şəxsin təhlükəsiz işləmək üçün lazım olan parametrlərə və gücə
malik olduğuna əmin olun.
- İşi mümkün olduğu qədər sakit və mülayim tərzdə etməyə çalışın ki, gələn dəfə
mal-qara müqavimət göstərməsin.
- Sakit və inamla işləyin.
|