Simmetrik xətləri nəzərə alaraq heyvanlar ilə davranarkən aşağıdakılara
diqqət etmək lazımdır:
• Siz heyvana yaxınlaşdıqda və ona tərəf hərəkət etdikdə, o, arxaya
doğru hərəkət etməyə başlayacaq.
• Siz geriyə doğru hərəkət etdikdə, o, əks istiqamətdə hərəkət edəcək.
• Heyvanla üzbəüz vəziyyətdə sola doğru hərəkət edirsinizsə, o, sağa
doğru hərəkət edəcək.
11.2 Tövlə şəraitində əməyin təhlükəsizliyi tədbirləri
Heyvandarlıq sahəsi üzrə çalışarkən müxtəlif sahələr və fəaliyyətlərdə
aşağıdakı əməyin təhlükəsizliyi tələblərinə əməl edilməlidir:
Tövlədə qaramal ilə davranan zaman nəzərə alınmalı təhlükəsizlik tədbirləri |
- Qışqırıq və qəfil səs yüksəlməsinə (məsələn, texnika işə salınması) imkan
verməyin.
- Qaramalın sizin harada olduğunuzu bilməsini təmin etmək və onları
qorxutmamaq üçün sabit səslə sakitləşdirən tonda danışmaq.
- Mal-qaranı qovmayın, döyməyin və elektroşokların istifadəsini məhdudlaşdırın.
- Heyvanın başı ətrafında “şəxsi sahəsindən” kənarda qalmağa çalışın.
- Ac inəklər daha aqressiv ola bilərlər.
- Mal-qara ilə ümumi qəbul edilmiş davranma üsullarından istifadə edin.
- Mal-qaranın istədiyiniz istiqamətdə hərəkət etməsi üçün təhlükəsizlik zonası və
simmetrik xətlərdən istifadə edin.
- Dəyənək və ya bayraqdan istifadə edin.
- Arxanızca darvazaları bağlayın ki, digər heyvanlar gözlənilmədən daxil ola
bilməsinlər.
|