Təlim nəticəsi 1 – Südlük maldarlığın iqtisadi əhəmiyyəti
və səmərəliliyi
1.1 Südlük maldarlığın iqtisadi əhəmiyyəti
Südlük maldarlıq iqtisadi əhəmiyyətinə görə mühüm kənd təsərrüfatı sahəsi olaraq fərqlənir. Kənd təsərrüfatı məhsulları istehsalının bu sahəsi əhalini süd və süd məhsulları ilə, həmçinin ət və ət məhsulları ilə təmin edir.
FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) statistik məlumatına əsasən 2014-cü il dünya üzrə 652 min ton xam süd istehsal olunmuşdur. Dünya üzrə istehsal edilən südün orta hesabla 60%-i sənaye üsulu ilə emal edilir. Qalan 40%-i isə ailədaxili birbaşa istehlak edilir və ya qablaşdırılmadan satılır. Əsas süd istehsalı ölkələrinə ABŞ, Yeni Zelandiya, Avropa İttifaqı ölkələrini aid etmək olar. Bu ölkələr istehsal göstəricilərinə görə öz daxili tələbatını ödəyir və dünya bazarına da ixrac edir.
Azərbaycan üçün də südlük maldarlıq xüsusi iqtisadi əhəmiyyəti olan bir sahədir. Son illərdə süd istehsalı həcmində artım ümumi kənd
təsərrüfatı məhsulları istehsalında artıma uyğun müşahidə edilməkdədir.
Müstəqillik dövründən sonra Azərbaycanda süd istehsalı sahəsində müşahidə edilən əsas məqamlar aşağıdakılardır: