Təlim nəticəsi 11 – Heyvanlarla davranış zamanı əməyin
təhlükəsizliyi tədbirləri
11.1 Heyvanlar ilə davranış qaydaları
Heyvanların bəslənməsi zamanı işçi qüvvəsi tərəfindən əməyin təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Əməyin təhlükəsizliyi tədbirlərinə tam əməl etmək üçün inəklərin davranışı prinsipləri haqqında məlumatlı olmaq tələb olunur.
Heyvanlar müxtəlif təbiətə malik olub, ağır çəkiyə malikdirlər, habelə sürətlə hərəkət edə bilirlər. Təşvişə düşdükləri üçün nəzarət olunması çətin olan heyvanlar, xüsusi risk mənbəyi hesab olunur. Onlara təhlükəsiz nəzarət olunması üçün xüsusi bacarıq və təcrübə lazımdır. Hətta heyvandarlıqla məşğul olan təcrübəli şəxslər belə öz fəaliyyətləri ərzində heyvanların hücumuna və ya zərbəsinə məruz qalırlar.
Hər il bir çox şəxslər heyvan hücumuna və ya zərbəsinə məruz qalırlar. Bunun nəticəsində xəsarət (sümük sınıqları) və ya ölüm faktoru aşkarlanır.
Aşağıdakı hallarda xəsarət alma ehtimalı daha çoxdur:
İş prosesində xəsarət riskini azaltmaq və əməyin təhlükəsizliyi tədbirlərinə əməl etmək üçün ilkin olaraq təhlükə müəyyənləşdirilməlidir. İnəyin aqressiv olması və xəsarət riski yaratması onun baş və quyruq vəziyyəti ilə müəyyənləşdirilə bilər.