Təlim nəticələrinin qiymətləndirilməsi
TEST TAPŞIRIQLARI
(Təlim nəticəsi 10)
1. Hansı dişi qaramalın cinsiyyət orqanı hissəsi deyil?
A) Balalıq boynu
B) Yumurtalıq
C) Dalaq
D) Balalıq borusu
2. Hansı erkək qaramalın cinsiyyət orqanı hissəsi deyil?
A) Xayalar
B) Penis
C) Toxum borusu
D) Ağciyər
3. Boğazlıq tutmadıqda həvəsə gəlmə neçə gündən bir təkrarlanır?
A) 21 gün
B) 10 gün
C) 30 gün
D) 2 ay
4. Hövrə gəlmə zamanı əsas müddət nə qədər çəkir?
A) 2-3 saat
B) 3 gün
C) 12-24 saat
D) Heç biri
5. Ovulyasiya və sarı cisim formalaşdıran hormon hansıdır?
A) Progesteron
B) LH (Luteinizing hormone)
C) Estrogen
D) Heç biri
6. Sarı cismi bərpa edən hormon hansıdır?
A) Progesteron
B) LH (Luteinizing hormone)
C) Estrogen
D) Prostoqlandin (PG F2a)
7. İnəklərdə boğazlıq müddəti neçə gündür?
A) 300 gün
B) 284 gün
C) 200 gün
D) 234 gün