10.3 Boğazlıq müddəti və göstəriciləri
İnəklərdə boğazlıq müddəti 284 gündür. Doğuşa 8-6 həftə qalmış inəklər qurutma mərhələsinə keçirilirlər. Boğazlıq və onun səmərəli təşkili bir neçə göstərici ilə qiymətləndirilir. Ümumiyyətlə, boğazlıq menecmenti ilə bağlı aşağıdakı göstəricilər əsas götürülür:
- Balalama arası dövr – iki doğum arası müddət və ya 2 bala arasında dövr (380-400 gün optimal qəbul edilir)
- Mayalanma indeksi – hər təsdiq edilmiş boğazlıq üçün orta hesabla sərf edilən mayalanma (sperma) sayı (1.5-1.7 optimal qəbul edilir)
- Servis dövrü – doğuş və doğuşdan sonra ilk mayalanma arasında olan günlərin sayı (60-80 gün optimal qəbul edilir)
- Tam servis dövrü – doğuş və uğurlu mayalanma (tutmuş) arasında günlərin sayı (80-105 gün optimal qəbul edilir)
- İlk balavermə yaşı – inəyin ilk bala verdiyi zaman olan yaşı (24-26 ay optimal qəbul edilir)
Boğazlığın təsdiqi üçün bir neçə metoddan istifadə edilir.