Həvəsə gəlmə müxtəlif hormonların təsiri nəticəsində formalaşır. Bu prosesdə hər bir hormon müəyyən funksiya icra edir:
Hormon | Funksiyası | Formalaşdığı orqan |
GnRH (Gonadotropin Releasing Hormon) |
Hipofizə təsir göstərir | Aralıq beyin |
FSH (Follicle-stimulating hormone) |
Yeni follikul yetişməsi | Hipofiz |
Ostrogen | Həvəsə gəlmə simptomlarının yaranması, endometriya formalaşması |
Yetişmiş follikul |
LH (Luteinizing hormone) |
Ovulyasiya və sarı cisim formalaşması |
Hipofiz |
Progesteron | Həvəsə gəlmənin qalması və boğazlığın təsdiqi |
Sarı cisim |
Prostoqlandin (PG F2a) | Sarı cismin bərpası | Endometriya |
10.3 Təbii və süni mayalanma
Həvəsə gəlmə anı təyin edildikdən sonra inəklərin mayalanması aparılır. Mayalanma təbii və süni mayalanma yolu ilə aparıla bilər. Hər 2 halda da həvəsə gəlmənin təyini və mayalanma anının düzgün müəyyənləşdirilməsi çox vacibdir.
Həvəsə gələn inək hərəkətləri ilə fərqlənir və hərəkətlərinə uyğun olaraq yumurtalarda hansı proseslər gedir və düzgün mayalanma dövrü nə vaxtdır? Həvəsə gəlmənin özü 3 hissəyə ayrılır:
- Həvəsə gəlmədən öncəki dövr (başlama)
- Həvəsə gəlmənin əsas dövrü (əsas hissə)