Buğanın cinsiyyət orqanları
a) Xayalar |
Hər bir cinsiyyət orqanı müəyyən funksiyaları icra edir və ümumilikdə balavermə prosesinə təsir göstərir. Bu funksiyalar aşağıdakılardır:
İnəklərdə | |
Yumurtalıq | Yumurta hüceyrələrinin formalaşması, ovulyasiya, hormon formalaşması |
Balalıq borusu | Yumurta hüceyrələrinin daşınması, mayalanma yeri |
Balalıq karunkellə birgə | Embrion inkişafı və qidalandırılması |
Balalıq boynu | Balalığın bağlanması |
Cinsiyyət dodaqları | Sperma qəbulu, turş mühit mikrobları öldürür |
Buğalarda | |
Xayalar | Sperma hazırlanması, hormon formalaşması |
Xaya artımı | Sperma yetişməsi və hərəkətliliyin verilməsi |
Toxum borusu | Sperma daşınması |
Qovucuqvari vəzi | Sperma daşınması və qidalandırılması üçün axıntı ifrazı |
Penisin pülük hissəsi | Penisin böyüməsi (ereksiya) təsir göstərir |
Həvəsə gəlmə (hövr) tsikli inəklərdə təbii hormonların təsiri ilə yumurtalıqda formalaşır. Əsasən, doğuşdan 2-4 həftə sonra rast gəlinməyə başlayır. Amma inəklərdə balalıq doğuşdan sonra 6-cı həftədə tam bərpa olunduğundan növbəti boğazlıq üçün inəklər yalnız doğuşdan sonra 6-8 həftədə yenidən mayalanır. Boğazlıq tutmadıqda həvəsə gəlmə orta hesabla hər 21 gündən (19-25 gün arası) təkrarlanır. Hövrə gəlmə zamanı əsas müddət 12-24 saat çəkir.