+ Südün NDD (SNDD) – 45 %
+ İstifadə müddəti NDD (İNDD) – 20 %
+ Eksteryerin NDD (ENDD) – 15 %
+ Balavermənin NDD (BNDD) – 10 %
+ Somatik hüceyrə sayı üzrə NDD (SNDD) – 7 %
+ Doğuş əlaməti – 3 %
= Ümumi damazlıq dəyəri (seleksiya indeksi)
Damazlıq dəyəri seçilərkən seçilmiş əlamətlər bir-birinə fərqli formada təsir göstərə bilir. Məsələn, süd miqdarının artırılması əsas götürüldükdə bu məqsədə çatmaq südün yağlılıq göstəricisinin aşağı düşməsinə də səbəb olur. Bu halda həmin 2 əlamət arasında mənfi korrelyasiya (mütənasiblik) var, çünki bir əlamətin yüksəlməsi digərinin azalmasına səbəb olur. Bir-birinə müsbət korrelyasiya (mütənasiblik) edən əlamətlər də mövcuddur. Məsələn, süddə yağlılığın artması həmçinin zülallığın da artmasına səbəb olur. Əgər 2 əlamət arasında heç bir qarşılıqlı təsir mövcud deyilsə, korrelyasiya 0-a bərabərdir.
9.3.4 Ata heyvanın seçilməsi
Heyvandarlıq təsərrüfatlarında damazlıq işinin ən vacib hissəsi cütləşmə üçün ata heyvanın (buğa) seçilməsidir. Düzgün seçim aparılmasında təsərrüfatda mövcud inəyin damazlıq göstəricilərinin düzgün qiymətləndirilməsi çox vacibdir. Bu göstəriciləri nəzərə almaqla buğanın damazlıq dəyərlərini qiymətləndirib düzgün buğa seçimi aparmaq olar. Buğanın seçimi üçün buğanın damazlıq pasportu üzrə damazlıq dəyərləri qiymətləndirilməlidir.