Məhsuldarlıq göstəricilərinin yoxlanılması ilə yanaşı, cütlərin eksteryer göstəriciləri də qiymətləndirilir və nəzərə alınır.
9.3.3 Damazlıq dəyərinin qiymətləndirilməsi
Damazlıq dəyərinin qiymətləndirilməsinin əsas məqsədi seleksiya işi üçün sıralamanın müəyyənləşdirilməsidir. Damazlıq dəyərinin qiymətləndirilməsinin məqsədi doğumdan əvvəl seleksiya işi üçün düzgün qərar qəbul etmək üçün müəyyən vasitələr ilə sürü üzrə heyvanların damazlıq dəyərini qiymətləndirməkdir. Damazlıq dəyərinin qiymətləndirilməsində bir çox faktorlar nəzərə alınır və BLUP (Best Linear Unbiased Prediction) metodu ilə qiymətləndirilir.
Mütləq (absolyut) və nisbi damazlıq dəyəri
Mütləq (absolyut) damazlıq dəyəri dedikdə inəyin doğum ili həmin cinsin bütün inəklərinin orta göstəricisi baza götürülməklə damazlıq dəyərlərinin natural formada (məsələn, kq, süd, %, yağ və s.) qiymətləndirilməsi başa düşülür. Baza ili hər 5 ildən bir yenidən hesablanır. Məsələn, +200 kq süd məhsuldarlığı həmin inəyin süd məhsuldarlığının baza ili üzrə orta süd məhsuldarlığından 200 kq çox olduğunu göstərir.
Mütləq damazlıq dəyəri göstəricisi qərar vermək üçün tam təəssürat formalaşdırmadığından nisbi damazlıq dəyəri göstəricisi (NDD) hesablanır. Seçilmiş inəyi cütləşmək üçün hansı buğanın uyğun olduğunu qiymətləndirmək üçün NDD göstəricisinə diqqət yetirilir. Məsələn, buğanın NDD-nin 125 olması onun orta göstəricidən (100) ən azı 2 variasiya (2 x 12) olaraq yaxşı olduğunu və həmin il üzrə 2.5% ən yaxşı buğalar qrupuna aid olduğunu göstərir.
Mütləq damazlıq göstəricilərinin müqayisəsi çətin olduğundan əsas nisbi damazlıq dəyəri göstəricisindən istifadə edilir. Nisbi damazlıq dəyəri göstəriciləri əsasında isə seleksiya indeksi hesablanır. Seleksiya indeksi bir neçə nisbi damazlıq göstəricisi əsasında formalaşır. Bu zaman göstəricilər aşağıdakı çəkilər üzrə nəzərə alınır: