Belə ki, Holşteyn-friz (HF) cinsi ilə alma ala-qara (Sbt) cinsinin çarpazlaşdırılmasından əldə edilən mələzlər əlavə olaraq Cersi (J) cinsi ilə də çarpazlaşdırılmışdır.
Ata-ana | |
F-1 nəsil mələzlər | |
F-2 nəsil mələzlər | |
F-3 nəsil mələzlər | |
F-4 nəsil mələzlər |
Digər çarpazlaşdırma üsulu zamanı iki cinsin çarpazlaşdırılmasından alınan mələzlər növbəti nəsillərdə ata-ana cinsin biri ilə davamlı olaraq çarpazlaşdırılır.
9.2.3 Hibridləşdirmə
Müxtəlif növ heyvanların cütləşdirilməsinə hibridləşmə deyilir. Alınan bala isə hibrid adlanır. Hibridləşmə üsulunda da müxtəlif çarpazlaşdırma üsullarından istifadə olunur. Hibridləşmə biotexnoloji üsul olmaqla yüksək məhsuldar və möhkəm, dözümlü, uzunömürlü heyvanlar yetişdirmək üçün geniş tətbiq edilir. Hibridləşmə iki yolla aparılır: təbii və süni.
Təbii yolla aparılan hibridləşdirmə bizim eradan 2 min il əvvəl qatırın (♂eşşək x ♀at ) alınması üsuludur. Süni hibridləşmə isə məqsədli şəkildə zebu və inəklər və s. heyvanlar arasında damazlıq məqsədi ilə aparılır.
9.2.4 Biotexnoloji üsullar (embrionun köçürülməsi, klonlaşma)
Biotexnologiyanın əsasını isə genetik mühəndislik təşkil edir. Hazırda heyvandarlıqda tətbiq olunan seleksiya – damazlıq işindən fərqli olaraq, dünya alimləri çox qısa müddətdə məhsuldarlığı yüksək olan və son dövrlərdə dünya maldarlığında geniş istifadə olunan embrionun köçürülməsi (transplantasiya) üsulundan istifadə edirlər.