Xərclərin miqdarı təsərrüfatın böyüklüyü, cins tərkibi və kökəltmə növündən asılı olaraq dəyişir. Yem xərcləri ən böyük istehsal xərclərindəndir. Yem xərcləri təsərrüfatda tətbiq edilən yem rasionu üzrə satın alınmış və müəssisənin özü tərəfindən istehsal edilən yemlərə çəkilən xərclərin cəmidir. Kökəltmə təsərrüfatlarında gündəlik yem xərclərinin miqdarı 2-3.5 AzN arasında dəyişir.