Belə ki, müəyyən müddətdən bir saman döşənəkli yatacaq sahəsi tamam təmizlənməli və yenisi ilə əvəzlənməlidir. Həmçinin vaxtaşırı (həftədə 2 dəfə) sahəyə yeni saman qatı səpilməlidir.
Beton döşəmə isə arası dilikli formada olmaqla ifrazatın birbaşa kanalizasiya vasitəsilə tövlədən kənarlaşmasına imkan verir. Bu zaman heyvanlar müəyyən ölçülü bokslarda (qəfəs) saxlanılır və həmin boksların döşəməsi dilikli beton formasında olur. Bu formada heyvanların yatma, gəzmə və yem yeri boksun ərazisindən ibarət olur. Boksların ölçüləri aşağıdakı tələblərə uyğun olmalıdır.
Diri çəki, kq | Heyvan başına sahə | Yem yeri eni | Boksun uzunluğu |
< 350 kq | 2.5 m2 | 55 sm | 4.6 m |
350-500 kq | 2.8 m2 | 63 sm | 4.5 m |
> 500 kq | 3.3 m2 | 75 sm | 4.4 m |
Bu tip tövlələrdə heyvan sayı boks üzrə yemləmə yerinin sayına bərabər olmalıdır. Bu forma işçilik olaraq minimum tələblərə malikdir. Lakin heyvanların komfortu üçün müəyyən qədər uyğun deyil və aşağı ətraflarda müəyyən zədələnmələrə səbəb ola bilər.