Yəni təsərrüfatda saxlanılan heyvan sayı çox az olduğundan onlar başı bağlı formada eyni tövlədə saxlanılır.
Yeni tikilmiş müasir təsərrüfatlar başı bağlı sistem üzrə deyil, sərbəst gəzinti imkanı olan tövlə formalarında qurulur. Bu tip tövlələrdə qruplar üzrə heyvanlar sərbəst gəzmək, yemək və yatmaq imkanına malik tövlələrdə saxlanılır. Sərbəst gəzinti imkanı olan tövlələrin tikintisində müxtəlif formalardan istifadə edilir. Bu zaman ərazinin iqlim şəraiti, yemləmə forması və peyinin təmizləmə üsulu nəzərə alınır. Hansı formanın tətbiq edilməyindən asılı olmayaraq, heyvanların saxlanılması üçün normativ üzrə tələb olunan sahə təmin edilməlidir.
Tövlənin tikinti formasına görə kökəltmə üçün nəzərdə tutulan sərbəst gəzinti tövlələrini 2 hissəyə ayıra bilərik:
Açıq tipli tövlələr – heyvanların yatması üçün nəzərdə tutulan hissə və yem stolunun üzəri tavana malik olur və digər sahələr isə açıq qalır. Bu forma az investisiya tələb edən və əsasən, isti iqlim zonalarında tətbiq edilən formadır.
Qapalı tipli tövlələr – bu formada heyvanların yatacaq və yem stolu ümumi tavana malik tikili daxilində olur. Tikilinin yanında heyvanların sərbəst çıxa biləcəyi gəzinti zonaları da verilə bilər.
Tətbiq edilən döşəmə yatacaq formasına uyğun kökəltmə tövlələrini aşağıdakı növlərə ayırmaq olar: