Ölkəmizdə də geniş tətbiq edilən heyvanın 200-250 kq-da kökəldilməyə cəlb edilməsi və orta müddət saxlandıqdan sonra kəsimə verilməsi bu kökəltmə formasına aiddir.
3. Uzun müddətli kökəltmə (7-12 ay) - kökəltmə müddəti 220-360 gün çəkir və süddən kəsilmiş erkək buzovlarda istifadə edilir. Heyvan 1518 aylığında kəsimə göndərilir. Bu müddət ərzində çəki artımına uyğun olaraq 500-600 kq diri çəkiyə nail olunur.
Tövlə forması və kökəltmə üsulundan asılı olmayaraq, kökəltmə tövlələri planlaşdırılarkən aşağıdakı normativ tələblər nəzərə alınmalı və tətbiq edilməlidir:
Buzov yetişdirmə |
Kökəltmə dövrü | |||
Başlanğıc | Orta | Son | ||
Çəki, kq | 60-200 kq | 200-400 | 400-550 | 550-700 |
Çəki artımı, qr/gün | 1300 | 1500 | 1450 | 1300 |
Kökəltmə müddəti | 104 gün | 120 gün | 120 gün | 115 gün |
Yem yeri eni, metr | 0.47 | 0.58 | 0.65 | 0.75 |
Boksun sahəsi, m2/heyvan |
1.9 | 2.3 | 2.6 | 3 |
Yatacaq yeri, m2/heyvan | 1.5 | 1.7 | 1.8 | 2 |
Həmçinin xüsusi forma olaraq otlaq şəraitində kökəltmə də fərqləndirilir. Bu zaman kökəldilən heyvanlar otlaqlarda sərbəst formada kökəldilir. Heyvanlardan gələ biləcək təhlükəni nəzərə alaraq otlaq sahələrinin çəpərlənməsi tövsiyə edilir. Bu ekstensiv saxlama üsulu mövsümün müəyyən dövrlərində həyata keçirilə bilir. Soyuq qışı olan regionlarda heyvanlar qış aylarında yenidən tövlə şəraitində kökəldilir.
7.5 Kökəltmə üçün istifadə edilən tövlə formaları
Kökəltmədə tətbiq edilən tövlə formalarını da 2 hissəyə bölmək olar:
• Heyvanın başının bağlı saxlandığı tövlə forması
• Başı açıq (sərbəst gəzintili) tövlə forması
Başı bağlı saxlanılan forma son dövrlər tikilən tövlələrdə az istifadə edilir. Xüsusən Avropa ölkələrində heyvanların düzgün saxlanılması üzrə qanunvericiliyin tələbləri və gigiyena məsələləri bu formanın az tətbiq edilməsinə əsas səbəblərdəndir. Həmçinin yemləmə və sulamada avtomatlaşdırılmış sistemlərin tam tətbiq edilə bilməməsini də əsas səbəb olaraq göstərmək olar.
Ölkəmizdə kiçik və orta təsərrüfatlarda başı bağlı saxlama üsulu geniş tətbiq edilir. Bu təsərrüfatların kiçik olması və heyvanların hamısının eyni tövlədə saxlanılması məcburiyyətindən irəli gəlir.