Müxtəlif rasion nümunələri (heyvan başına 1 gün üçün kq ilə)
Yem komponentləri, kq | Rasionlar | |||
100-200 kq | 200-300 kq | 300-400 kq | > 400 kq | |
Qarğıdalı silosu | 2 | 2 | 2 | 2 |
Yonca otu | 0.7 | 1.5 | 1.8 | 1.8 |
Arpa küləşi | 0.1 | 0.4 | 0.8 | 0.8 |
Arpa yarması | 1.3 | 2.4 | 5 | 5.5 |
Dən qarğıdalı yarması | 1 | 1.4 | 0.2 | 0 |
Soya şrotu | 1 | 0.9 | 1 | 1 |
Mineral yem | 0.06 | 0.12 | 0.16 | 0.2 |
Kalsium karbonat | 0.05 | 0.07 | 0.1 | 0.1 |
7.4 Kökəltmə üsulları
Kökəltmə müddətinə görə müxtəlif yanaşmalar mövcuddur. Bu, təsərrüfatın izlədiyi və nail olmaq istədiyi məqsəddən irəli gəlir. Burada, həmçinin satış bazarında önə çıxan tələblər də nəzərə alınır. Kökəldilən heyvanların təsərrüfatda qalma müddətinə uyğun kökəltmənin aşağıdakı növləri fərqləndirilir:
1. Qısamüddətli kökəltmə (3-4 ay) – əsasən, yaşlı inəklərdə və yeni doğulmuş buzovlarda tətbiq edilir.
2. Orta müddətli kökəltmə (4-7 ay) – bu formada kökəltmə 120- 220 gün arasında davam edir və heyvan diri çəki olaraq 180-300 kq artır. Heyvan bazara 350-400 kq diri çəkiyə malik olduqda çıxarılır. Bu, xüsusən yuxarı diri çəkiyə malik heyvanların satışında çətinlik rast gəldikdə tətbiq edilir. Həmçinin kökəltməyə cəlb edilən heyvanlar daha yuxarı çəkiyə malik olduqda tətbiq edilir.