6.2 Broylerlərin su ilə təchizatı
Körpə quşların suya tələbatı bəzən problemə çevrilir. Belə ki, bir günlük cücələrin daşınması ərəfəsində və xüsusən də isti günlərdə müvafiq tədbirlər görülməlidir. Cücələrin keyfiyyətli, saf, təmiz, içməli su ilə aramsız təminatı, gündəlik çəki artımına xeyli təsir göstərir. Su təchizatı sisteminə tutumlu çənlərin qoşulması, suyun qəbulunu yaxşılaşdırır. Profilaktika məqsədilə dava-dərmanın ağız yolu ilə çatdırılmasını asanlaşdırmaqla əlavə əmək məsarifini aradan qaldırır. Tətbiqi baxımdan suya tələbat heyvanın canlı kütləsindən, yeyilən yemin miqdarından, tərkibindən və havanın temperaturundan asılı olaraq dəyişir.
Cədvəl 11. Broylerlərin suya olan tələbatı
Canlı kütlə, qr | Su məsarifi, gündə qr/baş | Canlı kütlə nisbətində su məsarifi % | Suya olan tələbat, gündə qr/baş |
450 | 0,09 | 20,0 | 108 |
400 | 0,14 | 15,6 | 162 |
1350 | 0,17 | 12,6 | 207 |
1750 | 0,21 | 12,0 | 238 |
2200 | 0,24 | 10,9 | 270 |
2650 | 0,36 | 9,8 | 297 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
6.3 Broylerlərin ətinin kimyəvi tərkibi
Toyuqların kökəldilməsində əsas məqsəd planlaşdırılan canlı kütləni ən az yem məsarifi etməklə qısa müddətdə əldə etməkdən ibarətdir. Əgər heyvanıngenetik potensialı imkan verirsə, 1,1 kq-lıq diri çəkini əldə etmək üçün 35-37 gün də kifayət edir.
Digər heyvanlarda olduğu kimi, broylerlərin ətinin kimyəvi tərkibi qısa müddətdə dəyişikliyə məruz qalır.