Ətlik beçənin sakitlik fazası çox vaxt qısa olur. Tövlədə çox az dayanma yerləri mövcud olduğundan burada tövlənin bəzi yerlərində aktivlik və sakitlik sahələrinin bölünməsi azlıq təşkil edir. Quşların içərisində daha fəal olan beçələr hərəkət edirlər, uçuşurlar, yaxud ayağa qalxırlar və bununla bərabər, döşəmədə yatmış və istirahət edən heyvana mane olurlar.
d) Quşların sosial davranışı
Toyuqların sosial davranışı artıq yumurtadan başlayır. Yumurtadan çıxmazdan bir neçə gün əvvəl cücələr səslər çıxarır və ətraf mühit ilə əlaqəyə girir. Cücə yumurtadan çıxdıqdan sonra ana kült toyuq öz balalarını yem axtarmağa, gəzməyə, yatmağa aparır və həmçinin təhlükə hiss etdikdə cücələrin qaçmasına və gizlənməsinə imkan yaradır.
Yalnız ilk səkkiz həftəsindən sonra ana öz balalarını ayırır, balalar sərbəst olaraq özləri yem axtarır və su qəbul edirlər. Bunun əksinə olaraq ətlik beçələr bu yaşa demək olar ki, heç çatmırlar, çünki onlar 4-6 həftə yaşayırlar, sonra isə kəsimə verilirlər.
Ətlik beçələr çox az sosial davranış göstərirlər. Onlar süni olaraq yumurtadan çıxdıqdan sonra ilk olaraq ana toyuq olmur. Cücələr yumurtadan çıxdıqdan sonra ilk 4 gün ərzində ana toyuğu axtarırlar. Cücələrin tövləyə daha tez uyğunlaşması üçün kökəltmənin ilk günlərindən etibarən 23-24 saat boyu aydın işıqlandırma olmalıdır.
Ətlik beçələr özlərinə başqa bir qrup, yaxud ərazi seçmədən, qısa müddət ərzində kəsimə göndərilir. Buna görə onlar öz aralarında yumurtalıq toyuqlarla müqayisədə daha az aqressiya göstərirlər.