Bu zaman kökəldilən toyuqlar ağzına kimi dolu olan tövlədə istilikdən əziyyət çəkir. Heyvanlar temperatur qalxan zaman bədənin istiliyini su içməklə və tez-tez nəfəs almaqla nizamlamağa çalışırlar. Baş sayı daha sıx olduğu halda çətinlik getdikcə artır. Onlar sallanmış qanadları və dimdiyi açıq halda tövlənin döşəməsində hərəkətsiz qalır və tez-tez işgəncəli bürküdən tələf olurlar.
6.1.5 Ətlik toyuqların əsas tələblərinin ödənilməsi və çatışmazlıqlar
Toyuqların əsas tələbatlarına hərəkət etmək, eləcə də qaçmaq, tullanmaq, yaxud uçmaq, istirahət etmək, qrup şəklində yaşayış və bədənə qulluq aiddir. Bundan əlavə müxtəlif qida maddələrini əldə etmə və yemin qəbulu ilə bağlı saxlanma üsulu, eləcə də yeri eşələmək, nəcis ifraz etmək, lələklərinə qulluq və qida maddələrinin hissələrinin dimdiyi ilə götürülməsi kimi hallar aiddir. Bu normal təbii şəraitə uyğun hallar kökəltmə üçün olan təsərrüfatlarda maksimum dərəcədə məhdudlaşdırılır və yaxud tamamilə aradan qaldırılır.
a) Yemin axtarışı və qəbulu
Toyuqlar torpaqda eşələnir və yemi tapıb qəbul edir. Yemin axtarışı toyuğun gündəlik vaxtının 60 %-ni təşkil edir. Onlar yaşıl ot, yarpaqlar, toxumlar, meyvələr və digər yemlərlə qidalanırlar. Vaxtaşırı mümkün olduğu halda onlar soxulcan, həşəratlar və kiçik sürünənlər ilə qidalanırlar. Lakin ətlik istiqamətdə kökəldilən toyuqlarda yem axtarışı üçün vaxt, qidanın qəbulu və dimdiyi ilə xırdalanması vaxtı xeyli qısaldılmışdır. Onlar yem qablarında yüksək keyfiyyətli, işlənmiş, hazır şəkildə üyüdülmüş və preslənmiş qüvvəli yem qəbul edirlər və yalnız gündəlik vaxtın 10 %-ni yem qəbuluna sərf
edirlər. Onların digər məşğuliyyəti üçün tələbləri yerinə yetirilməmiş qalır.
Toyuqlar adətən suyu açıq yerlərdən qəbul edirlər. Lakin sənaye üsulu ilə yetişdirmə istiqamətli tövlələrdə onlar suyu təbii şəraitdən fərqli olaraq, su qablarından qəbul edirlər.